Deputatların maaşı artırılsınmı? Vətəndaşlar arasında VİDEO SORĞU

Print Friendly, PDF & Email

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov parlament komitələrinin birgə iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputatların da əmək haqlarının artırılmasını dilə gətirib.

O bildirib ki, Milli Məclis üzvlərinin maaşı rayon prokurorunun və polis rəisinin əməkhaqqından aşağıdır: “Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır”.

Deputat Siyavuş Novruzovun fikirləri cəmiyyətdə ictimai müzakirəyə səbəb olub. Belə ki, deputat maaşlarına artım təklifi qınaqla qarşılanıb.

Bəs görəsən, paytaxt sakinləri deputatların maaşının artırılmasını necə qarşılayır?

Musavat.com-un müxbiri paytaxt sakinləri arasında videosorğu keçirib.

“Deputatların maaşı artırılsınmı? sualı ilə vətəndaşlara müraciət edib.
Daha ətraflı təqdim edəcəyimiz videosorğudan izləyə bilərisniz.

...