Nazir müavini: Aİ və Azərbaycan arasında aviasiya sazişi yaxın zamanlarda imzalana bilər

Print Friendly, PDF & Email

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında vahid aviasiya məkanı haqqında saziş yaxın zamanlarda imzalana bilər.

Bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, bu saziş üzərində işlər davam edir və sazişin noyabrın 24-ü Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində imzalanacağı da istisna olunmur.

...