Livanın baş nazirindən gözlənilməz addım: Kral Salmanı qarşıladı

Print Friendly, PDF & Email

Səudiyyə Ərəbistanı kralı Salman İbin Əbdüləziz Mədinədən Riyada qayıdan zaman onu Livanın sabiq baş naziri Səad Həriri qarşılayıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə kralını havalimanında qarşılayanlar arasında qardaşı və sabiq müdafiə naziri Əmir Mukrin İbin Əbdüləziz, vəliəhd şahzadə və müdafiə naziri Məhəmməd İbin Salman, daxili işlər naziri Əbdüləziz İbin Suud İbin Nayif və digər rəsmi şəxslər yer alıb.

Təyyarənin eniş etdiyi bazanın qarşılama salonunda olan bir çox rəsmi şəxslə birlikdə Livanın sabiq baş naziri Səad Həriri də olub və bu məsələ diqqəti xüsusilə çəkib.

Qeyd edək ki, Səad Həriri 1 həftə əvvəl Riyada səfəri zamanı istefa verdiyini açıqlamışdı və ondan bu günə qədər xəbər almaq mümkün deyildi. Livan höküməti isə baş nazirin istefaya məcbur edildiyini və Səudiyyə Ərəbistanında ev həbsində saxlanıldığını iddia edir. Məsələ ilə bağlı açıqlama verən rəsmi Livan “Livanın baş naziri beynəlxalq razılaşmaların əleyhinə hərəkət edə bilməz. Həririnin hərəkətləri Səudiyyə Ərəbistanının şübhəli və qeyri-müəyyən addımlarının nəticəsidir. Səudiyyə Ərəbistanı Həririnin hansı səbəblərə görə ölkəyə qayıtmadığını açıqlamalıdır” cümlələri ilə mövqeyini nümayiş etdirib.

...