CəmiyyətHadisə

İcra başçısından yaşlı qadına hörmətsizlik (FOTO)

Bu fotoya diqqətlə baxın və yaddaşlara həkk edin; çünki gələcək nəsillər üçün dərsliklərə salına bilər. Kadrda üç nəfər görünür. Onların hər üçü fərqli zümrənin adamlarıdır.

Reportyor.info xəbər verir ki, fotodan birinci əlləri cibində, ağzında tibbi maska olan, şəstlə və təkəbbürlə dayanan Füzuli rayon icra başçısı Alı Alıyevdir. O, eynilə orta əsrlərdəki Roma imperatorları kimi durub və sanki amfiteatrda qulların, kölələrin aqibətinə tamaşa edir.

Tamaşa edilən isə əyilib ikiqat olan ahıl bir anadır. Çarəsiz, köməksiz, ehtiyacı olan bir insan…Düşmənlə üzbəüzdə yaşamaqdan qorxmayan bir ana…

İcra başçısının köməkçisi və ya nümayəndəsi isə ona yardım payını təqdim edir. İcra başçısı əllərini cibindən çıxarıb özü yaşlı qadına yardımı verə bilərdi.

Görünür, bunu özünə ayıb bilib və təmasdan qaçıb ki, koronavirusa yoluxmasın. Buna başqa izah vermək də olmur. Halbuki, A.Alıyevin düz 65 yaşı var, rəsmi qərarla çölə çıxması qadağandır…

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button