Qazaxda iki nəfər dəm qazından zəhərlənib

Print Friendly, PDF & Email

Qazaxda dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax şəhər sakini 2005-ci il təvəllüdlü Həsənova Nurlana Ruslan qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti normal olduğundan evə buraxılıb.

Rayonun Canallı kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədova Söylü Alişan qızı da dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

...