“Zəlzələ Naxçıvan və cənub rayonlarında hiss olunub” – Seysmoloji Xidmət Mərkəzi

Print Friendly, PDF & Email

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi İran-İraq sərhədində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

“Report”un məlumatına görə, qurumun saytında qeyd olunur ki, yerli vaxtla saat 22:18-də İran-İraq ərazisində 7.2 maqnituda gücündə zəlzələ olub.

Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında hiss olunub.

Yeraltı təkanlar yerin 19 km. dərinliyində qeydə alınıb.

...