Hadisə

Sumqayıt sakini oğlunun qanunsuz həbsdə saxlandığını bildirir

Sumqayıt sakini oğlunun qanunsuz həbsdə saxlandığını iddia edir…

Sumqayıt sakini Sevil Soltanova, iyun ayının 5-də Sumqayıt şəhər Bayraq Meydanında mərhum prezident Heydər Əliyevin portretinin yanması insidentinə görə oğlunun Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən qanunsuz həbs olunduğuna dair redaksiyamıza məktubla müraciət göndərib. Müraciətdə deyilir:

Hörmətli media nümayəndələri!

Bildirirəm ki, Sumqayıt Şəhər Polis İdarəsi ailəmizə qarşı qərəzli mövqe nümayiş etdirərək, oğlum Soltanov Kamran Nazim oğlunu ümumiyyətlə əlaqəsi olmadığı bir işə görə – Sumqayıt şəhər Bayraq Meydanında yerləşən mərhum ümummilli lider Heydər Əliyevin portretini yandırmaqda ittiham edərək məhkəmə qərarı olmadan qanunsuz həbsdə saxlayır. Ailəmiz və oğlum adından mərhum ümummilli lider Heydər Əliyevin portretinin yandırılmasını qətiyyətlə pisləyir, bunu qaragüruhçuların dövlətçiliyimiz əleyhinə fəaliyyəti kimi qiymətləndiririk. Əminliklə bildirirəm ki, nə ailəmiz, nə də oğlum Kamran bu çirkin hadisənin iştirakçısı deyildir və Azərbaycan dövlətçiliyinə qarşı çıxmamışdır.

Sizdən xahiş edirəm ki, bu məsələnin ədalətli araşdırılmasına nəzarət edəsiniz.

Hörmətlə,

Sevil Soltanova

Bənzər yazılar

Back to top button