Cəmiyyət

Sabahın dərs cədvəli açıqlandı

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” proqramının 12 may tarixinə olan cədvəli açıqlanıb.

Nazirlikdən AzToday.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:15-də VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 10:50-də VII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 11:30-da IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:00-da III sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:45-də II sinif – Riyaziyyat, Təsviri incəsənət; 13:10-da I sinif şagirdlərinə Azərbaycan dili, Təsviri incəsənət; 13:40-da Məktəbdənkənar fəaliyyət olacaq.

Rus bölməsi üçün 14:00-da – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:30-da VIII sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:10-da IX sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:45-də X sinif şagirdlərinə Kimya, Riyaziyyat, Coğrafiya dərsləri olacaq.

Bənzər yazılar

Back to top button