Azərbaycanda güclü zəlzələ gözlənilirmi?

Print Friendly, PDF & Email

“İran-İraq sərhədində baş verən güclü zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarının oyanmasına təsir edə bilməz”.

Bu barədə AzVision.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O qeyd edib ki, Azərbaycanda katostrafik zəlzələnin olma ehtimalı yoxdur.

“İrandakı zəlzələ sərhəd rayonlarında, Naxçıvan, Lerik, Lənkəranda 2-3 bala qədər hiss olunub. Həmin zəlzələnin güclü təsiri olmayıb ki, Azərbaycandakı zəlzələ ocaqlarını oyatsın. Azərbaycanda zəif təkanlar olur və bunlar da olmalıdır”.

Qeyd edək ki, İraqın Süleymaniyyə şəhəri yaxınlığında baş verən 7,6 bal gücündə zəlzələ İranda böyük dağıntılara səbəb olub. İranın Serpol Zəhab, Kəsri Şirin, Cavandur, Səlasi Babacani və Gilan əyalətlərində evlər və ictimai binalar uçub. Zəlzələ nəticəsində İranda 164 nəfər ölüb, 1683 nəfər isə yaralanıb.

...