İdman

PSJ-dən 85 milyon avroluq transfer

PSJ İngiltərə Premyer Liqasından futbolçu transfer etmək istəyir.

Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, Paris klubu “Kristal Palas”dan Vilfrid Zahaya elçi düşüb.

Məlumata görə, PSJ Kot-D`İvuar millisinin üzvü üçün İgiltərə klubuna rəsmi təkliflə müraciət etməyə hazırlaşır. Fransızlar qarşı tərəfə 85 milyon avro təklif edəcək.

Qeyd edək ki, karyerasına PSJ-də başlayan Zaha 2013-ü ildə 11,75 milyon avroya “Mançester Yunayted”ə transfer olunmuşdu. Lakin yeni klubunda möhkəmlənə bilməyən afrikalı futbolçu 2 il ərzində iki dəfə “Kristal Palas”a, bir dəfə “Kardiff Siti”yə icarəyə verilib. “Kristal Palas” 2015-ci ildə 3,83 milyon avro ödəyərək onun transfer hüququnu alıb. 26 yaşlı forvard cari mövsümdə oynadığı 33 matçda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button