Bizim seçimİqtisadiyyatManşet

“Azercell”dən daha bir şikayət

“10 ildir istifadə etdiyim “Azercell” nömrəmə görə xəbərdarlıq mesajı gəlib. Mesajda qeyd edilir ki, “Nömrəniz 4 günə bağlanır” və müştəri xidmətlərinə yaxınlaşın. Məsələni dəqiqləşdirmək üçün “Azercell”in müştəri xidmətlərinə yollandım. Uzun növbədən sonra müştəri xidmətlərindəki əməkdaş mənə nömrənin qeydiyyatsız olduğunu bildirdi. Yəni, mənim 10 ildir ki, “Azercell”in rəsmi distribüterindən aldığım nömrə qanunsuz şəkildə satılıb. İndi isə “Azercell” iddia edir ki, bu nömrədə 10 il ərzində heç bir əməliyyat edilməyib”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında “Azercell”in narazı müştərisi Orxan Məmmədov deyib. Şikayətçinin sözlərinə görə, nömrə öz adına olsa da, “Azercell” nömrəni təkrar qeydiyyata salmaqdan imtina edib. Səbəb isə qəribə və bir o qədər gülməlidir: “Mənim 10 ildir işlətdiyim nömrəni ailə üzvlərim istifadə edir. “Azercell”dən isə deyirlər ki, nömrənin sahibi yox, onu istifadə edən şəxs gəlməlidir. Üstəlik, həmin nömrənin qoşulu olduğu telefonu da gətirməlidir.

Görünür “Azercell”in bazasında köhnə nömrələr silinib. Bunu bərpa etməyi insanların əsəblərini pozmaq hesabına edirlər.

Nömrə sahibi olaraq əlində şəxsiyyət vəsiqəsi uzun müddət növbə gözləyirsən. Daha sonra bir nəfər sizə yaxınlaşaraq nömrənizin qanunsuz olduğunu deyir.

Hələ bu azmış kimi 10 illik müştərisinin sözlərini şübhə altına alır. Bu 10 il ərzində nömrədən dəfələrlə əməliyyatlar etmişəm. Nömrənin surətini çıxarmışam. Hər hansı bir əməliyyat zamanı müştərinin şəxsi məlumatları olmadan aparıla bilməz. Bəs o zaman bu 10 il ərzində bu qədər əməliyyat necə olub? 10 il ərzində şəxsi məlumatlarım olmayıbsa, bəs necə əməliyyatlar aparılıb?”

Əldə etdiyimiz məlumata görə, anoloji problemlə digər köhnə nömrələrin sahibləri də üzləşir. Görünür, şirkət ya bazasında yeniliklər edərkən nömrələri silib, ya da nömrə satışı xidməti düzgün qurulmayıb. Məhz bu cür problemlərin qarşısını almaq məqsədilə hökumət 2 il öncə “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyul tarixli, 131 nömrəli qərara dəyişikliklər edib.

Bu qərar nömrələrin satışının mərkəzləşmiş qaydada, ümumi müddəalara uyğun bütün mobil operatorlar tərəfindən eyni qaydada aparılmasını nəzərdə tuturdu. Hökumət üzərinə düşəni etsə də, “Azercell” eyni qaydada üzərinə düşəni etmək iqtidarında deyil. Ticarətdə isə belə bir qızıl qayda var: “Müştəri hər zaman haqlıdır”.

Bənzər yazılar

Back to top button