Kiçik sahibkara cinayət işi açıldı

Print Friendly, PDF & Email

AzToday.az saytına sponsorluq edən iş adamı Murad Zeynalovun biznesi üçün təhlükə yaranıb. Vergilər Nazirliyi Murad Zeynalovun guya vergidən yayındığını əsas gətirərək, onun barəsinəd ilkin təhqiqata başlayıb.

Bu barədə redaksiyamıza məlumat verən kiçik sahibkar Vergilər Nazirliyinin bu yolla ona təzyiq etdiyini bildirdi. Onun sözlərinə görə, dəfələrlə hüquq-mühafizə orqanlarından və icra hakimiyyətinin nümayəndələrindən ictimai-siyasi proseslərə qoşulmamaq barədə xəbərdarlıq alıb. Ona bildirilib ki, əks təqdirdə ona cinayət işi açıb, həbs etdirəcəklər.

Murad Zeynalov vergi müfəttişlərinin tələblərinin əsassız olduğunu, vergidən yayınmadığını və vaxtlı-vaxtında vergiləri ödədiyini bildirdi. Görünür, kimlərəsə ictimai-siyasi proseslərə qoşulmagım və hakimiyyətə müxalif fikirdə olmağım sərf etmir. Ona görə, məni bu yolla susdurmağa qərar veriblər…

...