“Reket jurnalistikası məhfumunu qəbul etmirəm” – Elçin Şıxlı

Print Friendly, PDF & Email

“Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Modern.az-a açıqlamasında “reket jurnalistika” deyilən məhfumu qəbul etmədiyini bildirib:

““Reket jurnalistika” deyilən bir sahə deyəsən yalnız Azərbaycanda var. O adı biz çıxarmışıq. Biz ümumiyyətlə, bu gedişlə hamını “reket” çıxardacağıq. Hər şey artıq qarışıb. “Reket jurnalistika”sı deyilən bir şey heç bir professional terminologiyada yoxdur. Var jurnalistika, birdə var qeyri-jurnalistika. Mətbuat Şurasını tənqid edənlərin hamısını bu qurumu izləyir. Onlardan birinin prezidentə yazdığı açıq məktubu oxudum. Çox dəhşətli məktub idi. Həmin saytı Mətbuat Şurası “qara siyahı”ya salıb və sayta girişi bloklayıblar. Ancaq onlar prezidentə bunun nə üçün baş verdiyini yazırdı. Onda belə çıxır ki, reket onlar deyil, Mətbuat Şurasıdır. Ona görə reket jurnalistikası məhfumunu qəbul etmirəm” .

...