Rafiq Tağıya və bütün Söz, Düşüncə şəhidlərinə

Print Friendly, PDF & Email

(Həllac Mənsurdan, Nəsimidən Eldar Baxışa, Dəyanət Rzayevədək)

Şəhəri su basır beşmərtəbədən
on beş mərtəbəlik su qalxır göyə
onun beş qatını göy qan yaş tökür
tökülən qan suyla yuyulsun deyə

beş
doqquz
on altı mərtəbələrin
qat qat üst qatından qan iyi gəlir
mantiya qatından nüvəsinədək
yerin bəd zatından qan iyi gəlir

lap göyün yeddinci qatından yağır
yeddi qatdan keçən bu təbil döhül
vurub keçir yerin yeddi qatından
qan suyla yuyulmur
yuyulan deyil

HAQQARAR

Mənbə: Qaynarinfo.az

...