Siyasət

Şəhriyar Şəmsəddinov: “Hakimiyyət bu yolla cəmiyyəti susdurmaq istəyir”

Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat başqanının müavini Fərəc Kərimli barəsində hökm oxundu. Hakim Şəkər Məmmədovanın oxuduğu ittiham hökmünə əsasən Fərəc Kərimli 6 il 6 ay müddətində azadlıqdan məhrum edildi.

Fərəc Kərimlinin azadlıqdan mərhum edilməsinə Müsavat partiyasının fəal üzvü Şəhriyar Şəmsəddinov etiraz edərək bildirdi ki, bu həbs siyasi sifarişdir:

“Fərəc Kərimli gənc lider olmaqla yanaşı hakimiyyətə qarşı sərt tənqidlər edirdi. Azərbaycan hakimiyyətinin siyasətinə qarşı sosial şəbəkələrdə açıq çıxışlar edirdi. Onun və qardaşı Sirac Kərimlinin həbsi Müsavatın üzvü olmaları ilə bağlıdır. Azərbaycanda ümumiyyətlə, ədalət mühakiməsi mövcud deyil. Hazırda yüzdən artıq siyasi məhbus var. Hakimiyyət bu yolla cəmiyyəti susdurmaq istəyir. Ancaq, cəmiyyət bu cür haqsızlıqlara dözməyəcək. Hakimiyyətin siyasəti uğursuzluğa düçar olacaq”.

Qeyd edək ki, Fərəc Kərimli ötən il iyulun 23-də həbs edilib. Onun həbsindən bir həftə əvvəl qardaşı Sirac Kərimli həbs olunub.

Kərimli qardaşları Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsilə ittiham edilirlər.

Bənzər yazılar

Back to top button