Lerikdə 60 yaxın şəxs işdən qovulur

Print Friendly, PDF & Email

Lerik rayon Qaz İdarəsində kütləvi ixtisarlar aparılır.

Tendensiya.com xəbər verir ki, bu haqda rayondakı mənbələr məlumat veriblər.

Mənbə bildirib ki, ötən il Prezident İlham Əliyevin işsizliklə bağlı tapşırığından sonra rayonda 60-a yaxın şəxs işə götürülüb. İndi də həmin şəxslərin ixtisarına qərar verilib.

“Qaz idarəsində çalışan həmin şəxslərə deyiblər ki, 1000 manat pul verin, sizi işdə saxlayaq. 250 manat maaş alan adam bu pulu əldə etmək üçün gərək 4 ay işləyə”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, ötən il Prezident icra başçıslarına şəxsən göstəriş verib ki, işsizlik problemini aradan qaldırsınlar. Amma Lerikdə baş verənlər onu göstərir ki, ölkə başçısının tapşırığına “keçmişdə qaldı” münasibəti göstərilir.

Məsələ ilə bağlı Lerik rayon Qaz İdarəsi ilə əlaqə saxlaya bilmədik.

...