Müsavatın təşkilat sədri 3 aylıq həbs edildi

Print Friendly, PDF & Email

Nemət Kərimli: ”Qərardan apelyasiya şikayəti veriləcək”

Noyabrın 24-də Şirvan Rayon Məhkəməsi Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Vəkil Nemət Kərimli Arqument.az-a bildirib ki, yaxın günlərdə qərardan apelyasiya şikayəti veriləcək.

Müsavatçı noyabrın 22-də saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, o, şikayət əsasında saxlanılıb.

“Bir vətəndaşın şikayət ərizəsi əsasında saxlanılıb. Hazırda polis şöbəsində araşdırma aparılır”, –Şikayətçi kimdir və şikayəti nə haqdadır? Orxan Mansurzadə bu suala araşdırma başa çatandan sonra cavab veriləcəyini bildirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Əlikram Xurşudovun siyasi fəaliyyətinə görə həbs edildiyini deyib.

...