Siyasət

Soydaşlarımız Almaniyada Azərbaycanla bağlı aksiya keçirəcək (VİDEO)

Almanıyada yaşayan soydaşlarımız Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı dekabrın 9-da növbəti aksiya keçirməyə qərar veriblər.

Aksiyanın təşkilatçısı Pərvin İsmayılovun sözlərinə görə, kütləvi aksiya Almanyanın Aschaffenburg şəhərində 9 dekabr saat 13:00-da başlayacaq. Və mitinqdə DİKTATURAYA SON və SİYASİ MƏHBUSLARA AZADLIQ tələb olunacaq.

Pərvin İsmayılov bildirir ki, keçiriləcək aksiyanın təbliğatı üçün Almaniyada yaşayan soydaşlarımız məlumatlandırılıb və Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı Aschaffenburg şəhərinin sakinlərinə vərəqələr paylanılıb: “Almaniyada və ətraf ölkələrdə yaşayan bütün soydaşlarımızı 9 dekabrda keçirəcəyimiz aksiyaya qoşulmağa cağırırıq. Azərbaycanda demokratiyanın bərqərar olması, siyasi məhbusların azadlığa çıxması üçün başladığımız kampaniya Almaniyadan başqa Avropanın başqa ölkələrində də davam etdiriləcək”.

https://www.youtube.com/watch?v=r5BVE0vSKbg&t=2s

 

Bənzər yazılar

Back to top button