DünyaManşet

Rza Zərrab nazirə 50 milyon avro rüşvət verdiyini dedi

ABŞ-ın Nyu York şəhərində türkiyəli bankir Hakan Atillanın məhkəməsində AKP iqtidarı haqqında sərt ittihamlar irəli sürülüb.

Cumhurriyyet qəzetinin verdiyi məlumata görə, bu gün keçirilən prosesdə əslən Cənubi Azərbaycandan olan türkiyəli iş adamı Rza Zərrab şahid qismində ifadə verib. Rza Zərrab bank fırıldaqlarında istifadə olunan hesabın açılması üçün nazir Egemen Bağışdan yardım aldığını və keçmiş İqtisadiyyat naziri Zafer Çağlayana üst-üstə 50 milyon avroya yaxın rüşvət verdiyini etiraf edib.

Qeyd edək ki, məhkəmədə “Halkbank”ın baş direktor müavini Hakan Atilla ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaq, bank saxtakarlığı, çirkli pulları yumaq və ABŞ qanunlarını pozmaq üçün müxtəlif pusqular qurmaqda ittiham edilir.

Məhkəmə prosesində iştirak edən Türkiyəli jurnalist Zeynep Erkan bildirir ki, Rza Zərrabın dindirilməsi daha iki gün davam edəcək.

Bastainfo.com

Bənzər yazılar

Back to top button