Futbolu sevməyən Putinin Dünya çempionatı: Öz qapısına qol vurdu

Print Friendly, PDF & Email

Ötən gün keçirilən Dünya çempionatının püşkatma mərasiminə nə rus gözəllər, nə dünyaca məşhur veteran futbolçular, nə də qrupların tərkibi damğa vurdu. Gecəyə damğa vuran şəxs Rusiya prezidenti Vladimir Putin oldu.

“Rus ayısı” Maradona və Pele kimi məşhurlarla bir araya gəldi. Üzündən və hərəkətlərindən kefinin yerində olduğu görünüb. Hər kəsə bəllidi ki, Putinin futbola elə də böyük sevgisi yoxdu. Bu həm onun, ruslar üçün favorit idman növü deyil.

  • Rusiya bloggerlərinin fikrincə, Putinin Dünya çempionatını Rusiyada keçirmək istəməsinin yeganə səbəbi ölkəsinin nə qədər böyük və güclü olduğunu dünyaya göstərməkdi. Amma məşhur futbol yazarı Simon Kuperin fikrincə, prezidentin bu planı o qədər də uğurlu olmayıb. Kuper bununla bağlı yazısını “Putin öz qapısına qol vurdu” başlığı ilə yayımlayıb.

Hətta dünya çempionatının ev sahibliyi hüququnun Rusiyaya verdiyi gündən Şimal qonşumuzun dünyadakı imici daha da zədələnib. Soçidə baş verənlər, dopinq qalmaqalı, ABŞ-dakı seçkilərə müdaxilə iddiaları davam etdikcə, Rusiya insanların getməkdən qorxduğu ölkələr siyahısında yüksək pillələrə qalxması ilə sürətlənir.

Amma Putin üçün hər şey bitmiş deyil. Hələ qarşısında 6 ay var.

Rusiya prezidenti püşkatma mərasimindəki çıxışında da bu məqamlara toxunub. Futbolsevərlərə mesaj göndərən dövlət başçısı hər kəsi Dünya çempionatını izləmək üçün vətəninə dəvət edib:

“Hamınız xoş gəlmisiniz. Seçmə mərhələ çox ağır keçdi. Bu gün dünyamızın ən yaxşı 32 komandası püşkün nəticəsini gözləyir. Burda futbol mümkün olan ən yüksək səviyyədə oynanılacaq. Burda vurulacaq qolları bütün dünyaya göstərmək böyük xoşbəxtlik olacaq.

İnsanlar burdan unudulmaz xatirələrlə ayrılacaq. Hər kəs öz komandasını dəstəkləyəcək. Bura gələn insanlar rus mədəniyyətini tanımaq fürsəti də qazanacaq. Bir çox fərqli şəhərdə oyunlar keçiriləcək. Ölkəmizin müxtəlif yerlərini gəzmək imkanı əldə edəcəklər. Biz qonaqpərvərliyimizi göstərəcəyik.

Bura gələn komandalar və azarkeşlər bizim qonağımız olacq. Rusiyaya gələnlər bunu yaxşı bilir. Bu günə qədər bir neçə nəsil futbolçular futbolu dünyaya sevdirdi. Onların sayəsində futbol bu qədər populiardı. Bütün dünyada milyonlarla insan burdakı oyunları seyr edəcək. Bu gözəl festival dünyadakı bütün gənclərə örnək olacaq. Bizim məqsədimiz budu”.

Fanat.Az

...