Hadisə

Murad Zeynalova təzyiqlər başladı

Son günlər AzToday.az saytına maddi dəstək verən Murad Zeynalov hüquq mühafizə orqanları tərəfindən müxtəlif formada təzyiqlərə məruz qalmaqdadır.

Murad Zeynalov saytımıza verdiyi açıqlama bildirib ki, Polis Bölməsinə dəvət çağrılaraq ona ictimai-siyasi proseslərə qarışmaması və habelə AzToday.az xəbər portalına maddi dəstəyi kəsmək barədə xəbərdarlıq edilib. Əks təqdirdə ailə üzvləri başda olmaqla tanıdığı hər kəsə, o cümlədən biznes ortaqlarına təzyiq ediləcəyi bildirilib.

Onun sözlərinə görə, qeyri-rəsmi mənbələrdən Murad Zeynalova deyilib ki, əks halda həbs ediləcək.

AzToday.az saytı olaraq Murad Zeynalova edilən təzyiqlərin dərhal dayandırılmasını tələb edirik. Və bunu söz və mətbuat azadlığına təzyiq kimi qiymətləndiririk.

Bənzər yazılar

Back to top button