Nazirlik bu saytları bloklayır

Print Friendly, PDF & Email

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycanda azadlıq.org azadlıq.info, azərbaycansaatı.com, meydan.tv saytlarının, “Turan” telekanalının (Turan TV) və “Azərbaycan saatı” teleproqramının girişini bloklamaq istəyir.

Bu barədə media hüququ üzrə ekspert Xalid Ağalıyev məlumat yayıb.

Onun sözlərinə görə, nazirlik artıq bu tələblə məhkəməyə müraciət edib.

Bu haqda çapını dayandırmış “Azadlıq” qəzetinə Səbail rayon Məhkəməsindən bildiriş daxil olub.

“Azadlıq”a daxil olan bildirişdə bildirilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin adı çəkilən internet resurslara qarşı iddiası məhkəmə baxışına qəbul edilib.

Məhkəmə iclası sabah, aprelin 27-də saat 11:20-yə təyin olunub.

İşə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.

...