Hadisə

Almaniyada siyasi məhbuslara azadlıq tələb edən gənci Bakıda axtarırlar

Almaniyada yaşayan soydaşlarımızın Azərbaycanda siyasi məhbuslarla bağlı keçirdiyi son aksiyanın təşkilatçılarından biri olan Saday Kərimov hakimiyyətin hədəfinə gəlib.

Bu barədə redaksiyamıza Saday Kərimov məlumat verib. Onun sözlərinə görə, yanvarın 13-də Koblenz şəhərində keçirdikləri aksiyadan sonra Bakıdakı evlərinə mülki geyimdə olan şəxslər gələrək, Saday Kərimovun və atasının harada yaşaması soruşulub. Və onlarla maraqlanıblar.

Qeyd edək ki, Saday Kərimovun Bakıdakı evinə, daha konkret Suraxanı rayon Hovsan qəsəbəsi, Elman Rüstəmov küçəsi 15 ünvanına gələn mülki şəxslər hansı qurumdan gəldiklərini deməyiblər.

Saday Kərimov tanımadıqları mülki şəxslərin onu axtarmasınına səbəb kimi Almaniyada keçirdikləri sonuncu aksiyanı göstərdi.

Bənzər yazılar

Back to top button