Dünya

Çavuşoğlu: ABŞ Türkiyəyə Suriyada təhlükəsizlik zonası yaratmağı təklif edib

ABŞ-ın Dövlət katibi Reks Tillerson Türkiyəyə Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılmasını təklif edib.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir deyib ki, R.Tillerson təhlükəsizlik zonasının 30 kilometrədək çata biləcəyini qeyd edib.

Qeyd edək ki, 2013-cü ildə Türkiyə hökuməti ABŞ-a Suriyada təhlükəsizlik zonasının yaradılmasını təklif etmişdi.

Bənzər yazılar

Back to top button