Hadisə

Hafiz Hacıyev: “Prezident ya mən olacağam, ya da qardaşım İlham Əliyev”

“Mən Azərbaycan prezidentliyinə namizədliyimi irəli sürmüşəm. Artıq seçkilərə hazırlıqlara da başlamışıq”.

AzToday.az Virualaz.org-a istinadən bildirir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı danışarkən deyib.

Hafiz Hacıyev bildirib ki, müəyyən nöqsanlara baxmayaraq, demokratik cəmiyyətdə yaşayırıq: “Biz gərək prezident postu uğrunda mübarizə aparaq. Mənim qardaşım prezident İlham Əliyev də namizədliyini irəli sürüb. Hər halda iki qardaşdan biri seçiləcək, bu reallıqdır”.

H.Hacıyev sosial şəbəkələrdə səsvermə keçirən səhifələr barədə danışarkən deyib ki, bunu ciddi qəbul etmir: “Müəyyən insanlar o qədər saxta profillər yaradıblar ki… Nəyin nə olduğunu bilirik. Bir sayt var idi, orada da belə səsvermə keçirilirdi. Birinci yeri götürüb mənə veriblər. Bilirsiniz, bu, reallıqdan kənardır. Hər halda Azərbaycan xalqı öz sözünü deyəcək”.

Partiya sədri onu da əlavə edib ki, hakimiyyətə kim gələcəksə, onun üçün Dağlıq Qarabağ məsələsi birinci yerdə olmalıdır və o, iqtisadiyyatı gücləndirməlidir.

Bənzər yazılar

Back to top button