Hadisə

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu aşıb

Abşeron rayonunda sərnişin avtobusu qəzaya düşüb.

AzToday.az azvision.az-a istinadən xəbər verir ki, 501 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt yolunun Masazır qəsəbəsi ərazisində hərəkətdə olarkan idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında çuxura düşərək aşıb.

Hadisə zamanı avtobusda sərnişin olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button