Dünya

Yəməndə qarşıdurmalar davam edir: 36 ölü, 180 yaralı

Yəmənin Aden şəhərində bazar günündən bəri davam edən silahlı qarşıdurmada 36 nəfər ölüb, 180 nəfər isə yaralanıb.

AzToday.az xarici mediaya istinadən xəbər verir ki, Adendə üsyançı Siyasi Keçid Konqresinə bağlı silahlı qüvvələrlə hökümət arasında qarşıdurma yaşanır. Yəmən höküməti ölü və yaralıların sayını müvafiq olaraq 16 və 141 göstərmişdi.

Məsələ ilə bağlı açıqlama verən Yəmən daxili işlər nazirliyi silahlı qarşıdurmanın dayandırılması üçün bəyannamə yayıb. Sənəddə addımların dövlət mülkü və vətəndaşların müdafiəsi üçün atıldığı vurğulanıb.

Bənzər yazılar

Back to top button