Tiflisdə metro çökdü: yaralılar var

Print Friendly, PDF & Email

Gürcüstanın paytaxtı Tiflisdə “Varketili” metro stansiyasının tavanı çöküb.

AzToday.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 7 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Digər sərnişinlər isə metrodan evakuasiya edilib.

Tiflis meri Kaxa Kaladze hadisə yerinə gəlib.

Qeyd edək ki, “Varketili” ötən ilin sentyabrında təmirdən çıxıb.

...