Bizim seçimCəmiyyətManşet

Əfv sərəncamı ətrafında qalmaqal böyüdü: Penitensiar Xidmətin açıqlaması aranı qarışdırdı

“Əfvetmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən, əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətidir. Amma görünür, Penitensiar Xidmət başqa cür düşünür və əfvetməni Prezidentin səlahiyyəti kimi tanımır. Hazırda davam etməkdə olan qalmaqal da bunu göstərir.

Belə ki, sonuncu əfv sərəncamında əfv olunanların siyahısında Mahmudov Elvin Bəxtiyar oğlunun adı qeyd edilib. Məhkumun qohumları bildiriblər ki, sonradan siyahı dəyişdirilib və siyahıda 1982-ci il təvəllüdlü Mahmudov Elvin Bəxtiyar oğlunun yerinə 1992-ci il təvəllüdlü Mahmudov Elvin Habil oğlunun adı yazılıb.

Bu gün Penitensiar Xidmət açıqlama yayaraq bu məlumatların yalan olduğunu, ümumiyyətlə, Mahmudov Elvin Bəxtiyar oğlunun adının siyahıda yer almadığını bildirib. Halbuki hələ də ölkənin xəbər saytlarında qalmaqda olan siyahıda məhz Mahmudov Elvin Bəxtiyar oğlunun adı var. Mahmudov Elvin Habil oğlunun adı isə dərc olunmuş siyahılarda yoxdur.

Artıq Ədliyyə Nazirliyinin saytında dərc olunmuş siyahıda da Mahmudov Elvin Habil oğlunun adı göstərirlir. Amma Google axtarış sistemi hələ də axtarış nəticələri üzrə çıxarışda məhz Bəxtiyar oğlunun adını göstərir. Həmin çıxarışın fotoskrinini təqdim edirik.

Əfv sərəncamı ətrafında qalmaqal böyüdü: Penitensiar Xidmətin açıqlaması aranı qarışdırdı

Bütün bu baş verənlərdən sonra belə nəticəyə gəlmək olar ki, Prezidentin hər hansı bir məhkumu əfv etməsi hələ o şəxsin əfv olunması anlamına gəlmir, gərək Penitensiar Xidmət Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi qərara razılıq versin. Prezidentin Mahmudov Elvin Bəxtiyar oğlu barədə verdiyi qərar isə Penitensiar Xidmət tərəfindən qəbul edilməyib.

Murad Əhmədov

AzToday.az

Bənzər yazılar

Back to top button