Azərbaycanlı milyarder Putinlə görüşdü: 3,6 milyardlıq yeni layihə

Print Friendly, PDF & Email

Lukoil Rusiyanın Budennovsk əyalətində yeni qaz emalı şirkəti quracaq.

AzToday.az kommersant-a istinadən xəbər verir ki, şirkət qaz emalı zavodunun tikintisi üçün qərarın qəbul olunduğunu rəsmən açıqlayıb. “Lukoil”in rəhbəri Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinlə görüşdə layihənin investisiya dəyərinin 120 milyard rubl (təxminən 3,6 milyard manat) olacağını bildirib.

Yeni şirkətin tikintisində 3 mindən çox işçi çalışacaq. Şirkətin tam istifadəyə verilməsindən sonra orada 600 yeni iş yerinin olacağı da hesabatda öz əksini tapıb. Şirkət ilkin mərhələdə Xəzərdən nəql olunan xam məhsulla karbamid, ikinci mərhələdə isə polietilen və polipropilen istehsal edəcək.

...