Siyasət

NİDA seçkinin nəticələrini tanımayacağını elan etdi

Nida Vətəndaş Hərəkatı aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacağını bəyan edib.

Bu haqda hərəkatın bəyanatında bildirilir.

Hərəkat bildirir ki, prezident İlham Əliyev Seçki Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, ona verilmiş səlahiyyətdən istifadə edərək növbədənkənar seçkilər təyin edib. Ancaq növbədənkənar seçkilərin keçirilməsi üçün heç bir tutarlı səbəb göstərilməyib.

NİDA bildirir ki, ölkədə seçki keçirilməsi üçün demokratik şərait yoxdur.

Seçki komissiyaları bütövlükdə hakimiyyətin nəzarətindədir. Yerli monitorinq təşkilatı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin (SMDT) fəaliyyəti 2013-cü ildəki repressiyalar nəticəsində dayandırılıb. Ölkədə müstəqil media orqanları sıradan çıxarılıb, saytlar bloklanıb, jurnalistlər və bloqqerlər həbs olunub. Siyasi partiyaların fəaliyyət imkanları minimum həddə endirilib, üzvləri həbs olunub. Prezidentliyə namizədlərdən biri, REAL Hərəkatın sədri İlqar Məmmədov da daxil olmaqla ölkədə 150-dən çox siyasi məhbus var”.

Hərəkatı ölkədə seçkilərin keçirilməsi üçün azad və demokratik şərait olmadığını və 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacağını bildirir.

Bənzər yazılar

Back to top button