Siyasət

Soydaşlarımız BMT-nin qarşısında aksiya keçirəcək

14 fevral, saat 12:00-da Almaniyanın Bonn şəhərində yerləşən BMT-nin nümayəndəliyinin qarşısında soydaşlarımız “Siyasi fəalların ailə və qohumlarına olunan siyasi təqib və təzyiqlərə son” alı aksiya keçirəcək.

Camal Seyidli və İsgəndər Səfərlinin təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi Azərbaycanda baş verən ədalətsizliyə və haqsızlığa etiraz etməkdir.

Təşkilatçıların yaydığı bəyənatda bildirilir ki, Azərbaycanın Avropada yerləşməsinə baxmayaraq, Avropa dəyərlərindən çox uzaq olan, kriminal bir cəmiyyətə cevirilib: “Insanlar fikirlərini sərbəst və azad ifadə edə bilmir, insanlar əqidəsinə görə təqib olunur. İnsanlar şərlənərək tutulur. Bu gün Azərbaycanda 200 yaxin siyasi məhbus var. Azərbaycan beynəlxalq hüquqi normalari, xüşusulə Dünya İnsan Hüquqları Bəyannaməsını pozur. Ölkədə hakimiyyət kriminal qaydalarla idarə olunur, kriminal hakmiyyətin yaratdiğı mövcüd rejim insanların intihar etməsinə, ölkəyə tərk etməsinə gətirib çixarib. Bu gün diktator İlham Əliyevin yaratdiğı rejim Azərbaycanla yanaşı Avropa üçün də təhlükəyə çevrilib. İnsanlar siyasi baxişlarına görə həbs edilir və öldürülür. Juranlist Rasim Əliyev, ELmar Hüseynov, Rafiq Tagı və sairlərini misal çəkmək olar. Azərbaycanın gələcəyi olan istedali gənclər həbsə atilir: İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov və sairlərini misal çəkmək olar. Bundan başqa insanlar dini əqidələrinə gördə təqib olunur. Taleh Bağırzadə və onun kimi onlarla Nardaran hadisələrində şərlənən dindarlar buna əyani sübutdur. Habelə çoxlu sayda jurnalist əqidədaşlarımız həbsdədir: Seymur Həzi, Əfqan Müxtarlı, Elçin İsmayıllı və sair.

Bu gün hakimiyət insanlara qarşı münasibətləri onların fikirləinə və əqidələrinə görə qurur. Bu gün Heydər Əliyevdən qalan parçalama siyasəti və qütbləşmə davam edir.

Heydər Əliyevin “layiqli davamçısı” İlham Əliyev onu qəddar və qisasçılıq siyasətini davam etdirir. Ölkədə ALTERNATİV DÜŞNCƏ SAHİBİ OLMAQ BİR CİNAYƏTƏ ÇEVİRLİB.

Biz düşünürük ki, bu qəddar və aqressiv davranış Beynəxalq İnsan hüquqlari Prinsiplərinə ziddir. Aksiyanın əsas məqsədlərindən bir də Azərbaycandakı repressiv hakimiyyətinin əməllərini diqqətdə saxlamaq, Azərbaycanın qoşuldugu beynəlxalq konvensiyalara və bəyannamələrə riyaət etməsinə borclu oldugunu xatirlatmaqdir.

BMT öz prisinplərinə hörmət etməli və Azərabycandaki rejimin davranışlarına göz yummamalıdır.

Biz tələb edirik ki, BMT siyasi məhbusların azad olunması üçün konkret olaraq hərəkətə keçməli, onların azad olunmasını təmin etməli və siyasi fəalların ailə üzvlərinə qarşı təqiblərə son qoymalıdır”.

Təşkilatçılar Avropa ölkələrində yaşayan bütün soydaşlarımızı aksiyada iştirak etməyə səsləyir.

Bənzər yazılar

Back to top button