Ziya Məmmədov hələ də nəqliyyat naziridir? – Fərman qüvvədədir

Print Friendly, PDF & Email
Fevralın 13-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Bununla da Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib.
Dövlət başçısının digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı isə sərəncam verilməyib. Yəni Ziya Məmmədovun 08.08.2002-ci ildə nəqliyyat naziri təyin olunması ilə bağlı Fərman hələ də qüvvədədir. Hətta e-qanun.az saytında da bu Fərmanın qüvvədə olduğu əskini tapıb.
Arqument.Az xəbər verir ki, bu sənədi isə hüquqşünas Ələsgər Məmmədli feysbukda yayıb.
Bundan başqa, fevral ayında birləşdirilmələri barədə sərəncam imzalansa da, hər iki nazirliyin rəsmi internet saytı (mot.gov.az və mincom.gov) ayrı-ayrılıqda fəaliyyət göstərir.

...