Gündəm

Ziya Məmmədov qəzəbləndi: “Qələt edirlər”

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov ona məxsus villanın yanması barədə yayılan xəbərə münasibət bildirib.

Gununsesi.info-ya açıqlamasında sabiq nazir bəzi media orqanlarının barəsində yazdıqlarına sərt reaksiya verib və yanğın xəbərini təkzib edib:

“Qələt edib yazıblar. Belə bir hadisə baş verməyib. Kimin ağlına nə gəlir, onu da yazır. Mənə məxsus hər hansı bir evdə yanğın hadisəsi baş verməyib. Bunlar uydurmadır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, bu gün bəzi mətbuat orqanlarında İsmayıllı rayonunun Buynuz kəndində sabiq nazir Ziya Məmmədova məxsus villanın yanında taxtadan müasir üslubda inşa edilmiş 3 otaqlı, bir mərtəbəli mənzilin yanaraq tamamilə yararsız hala düşdüyünə dair məlumatlar yer alıb.

Paylaş

Bənzər yazılar

Back to top button