Bizim seçimManşetSiyasət

“Hakimiyyət Ziya Bünyadovun qətlinə 21 ildir ağlabatan izahat verə bilmir”

Fevralın 21-i akademik Ziya Bünyadovun qətl edildiyi gündür. Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli bu münasibətlə feysbuk səhifəsində mərhum akademiklə bağlı yazı paylaşıb. Yazını təqdim edirik:

Bu gün, fevral ayının 21-i akademik, böyük alim Ziya Bünyadovun qətl edildiyi gündür. 1997-ci ildə törədlmiş qətl hadisəsindən 21 il keçir. 21 il ərzində hüquq mühafizə orqanları mərhum akademikin qətlinə ağlabatan bir izah verə bilmədilər. Əgər xatırlayırsınızsa 2005-ci ildə keçirilmiş “Qara kəmər” əməliyyatından sonra MTN və Baş prokurorluğun birinci açıqlamasında belə bir məlumat var idi: Akademik Ziya Bünyadova atəş açılan silah Hacı Məmmədovun dəstəsindən çıxıb. Lakin sonra bu epizod naməlum səbəbdən işdən çıxarıldı.

Ziya Bünyadov böyük alim, təkrarsız tarixçi idi. Onun “Azərbaycan VII-IX əsrlərdə“, “Azərbaycan Atabəylər dövləti” monoqrafiyaları, Stalin repressiyalarını ifşa edən “Qırmızı terror” kitabı Azərbaycan tarixinin funtamental əsərləri sayıla bilər. O, son dərəcə cəsarətli adam idi. Müharibə dövründə Sovet İttifaqı Qəhramanı adını da cərimə batalyonunda almışdı. Ziya müəllim əvvəlcə hərbi məktəb, müharibədən sonra isə Moskva şərqşünaslıq institutunu bitirmişdi. O, Moskvada aspiranturada oxuyanda 1948-ci ildə şərqşünaslıq institutuna daxil olmuş bir gənci “xalq düşməninin” oğlu kimi institutdan qovmaq istəyirdilər. İnstitutun böyük zalında həmin gəncin əleyhinə təqib kampaniyası keçiriləndə bu ədalətsizliyə dözməyən arıq, uzun, sinasində Qızıl ulduz qəhrəman medalı olan bir gənc tribunaya qalxıb qovulmaq ərəfəsində olan bu istedadlı gənci xilas etdi. Tribunadan dedi ki, bu gənc oğlan atasının “günahına” görə məsuliyyət daşımır, onu institutdan qovmaq doğru deyil. Qızıl ulduz öz işini gördü. Gənc Ziya Bünyadov sonralar məşhur rus yazıçısı, ssenaristi, publisisti və şairi kimi tanınan Yulian Semyonovu bax belə xilas etdi.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button