Cəmiyyət

Bürclər: 29 aprel

Qoç – işdə yarana biləcək problemləri təmkinlə, soyuqqanlıqla həll edin. Həmkarlarla münasibətlərdə səbrli və diplomatik davranın, sərt mübahisələrə başlamayın.

Buğa – pozitiv təmayüllər güclənəcək, işlər düzələcək. Bir vaxt yardım etdiyiniz insan sizə kömək edəcək. İşgüzar münasibətlərlə yanaşı, şəxsi münasibətlərdə də irəliləyişlər olacaq.

Əkizlər – işlərinizdə uğur vəd edən gündür. Sizə yardım edə biləcək insanların dəstəyini qazana bilərsiniz. Bədxahlar və rəqiblər aktiv olsalar da, onların çirkin intriqasını faş edin.

Xərçəng – günün ilk yarısında aktiv olun. Yarımçıq işləri başa vurun. Süst davranmayın. Axşam saatlarında alış-veriş edin. Macəra istisna olunmur.

Şir – ünvanınıza çox tənqid səslənəcək və onların əksəriyyəti konstruktiv olmayacaq. Münaqişə istəmirsinizsə, təmkinli davranın.

Qız – ünsiyyət, qeyri-rəsmi təmaslar və işlə bağlı danışıqlar üçün əlverişlidir. Aldığınız məsləhətləri düşünmədən rədd etməyin: onların arasında xeyirlisi var.

Tərəzi – xoş sürpriz, hədiyyə istisna deyil. Yaşam potensialı yüksəkdir. Axşam saatlarında açıq havada aktiv istirahəti seçin.

Əqrəb – rəvan və stabil olmayan gündür. İşlər gah əla olacaq, gah da problemlərlə qarşılaşacaqsınız. Emosional fondakı yerdəyişmələr sizi usandıracaq. Günün ortasında yorulduğunuzu hiss edəcəksiniz.

Oxatan – problemli gündür. Müşkülləri ciddiləşməyə qoymayın. Qətiyyət, əzm və iradəniz, habelə praktik davranışınız mühüm işlərin öhdəsindən tezliklə gəlməyə imkan verəcək.

Oğlaq – dəvət aldığınız tədbirə qatılın, susqun və laqeyd davranmayın. Alış-verişdə planlaşdırılmamış heç nə almayın.

Dolça – gerçəkdən də, xoşladığınız işlə məşğul olanda əhvalınız yaxşılaşacaq. Sevimli iş üçün mütləq vaxt tapın.

Balıqlar – müttəfiqlərə yardım göstərməyə hazır olun. Bu gün onların sizin dəstəyinizə ehtiyacı ola bilər. Səfərlər üçün uğurlu gündür.

Milli.Az

Bənzər yazılar

Back to top button