Bizim seçimİdman

Salahın vəziyyətinə aydınlıq gəldi – Misir şokda

Çempionlar Liqasının finalında zədələnən “Liverpul”un və Misir millisinin üzvü Məhəmməd Salahın durumuna aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, misirli ulduzun çiyin bağlarında problem yaranıb. Onun tam sağalması üçün 3-4 həftə vaxt lazımdı. Bu barədə klubun həkimi Ruben Pon məlumat verib.

Bu açıqlamadan sonra Salahın Misirin Dünya çempionatındakı ilk iki oyununu buraxmalı olacağı dəqiqləşib. Misir “DÇ-2018″də ilk oyununu iyunun 15-də Uruqvaya, ikinci matçını ayın 19-da Rusiyaya qarşı keçirəcək. Salah iyunun 25-də Səudiyyə Ərəbistanına qarşı keçirəcəkləri oyunda meydanda ola biləcək.

Bənzər yazılar

Back to top button