Bizim seçimİqtisadiyyatSiyasət

Cahangir Hacıyevin bacısı yenidən prezidentə müraciət edib

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevə Ədliyyə Nazirliyinin məmurları tərəfindən ailələrinə qarşı davam edən ədalətsiz münasibətin qarşısını almaq xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

“Ötən ilin sentyabrından mənim qardaşımla görüşümə icazə verilmir. Bununla əlaqədar Ədliyyə Nazirliyinə yazdığım müraciətlərə cavab verilmir”, deyə Hacıyeva yazır.

O qeyd edir ki, “Haşimito sindromu”ndan əziyyət çəkən qardaşının səhhəti pisləşib və xəstəliyinin kəskinləşməsinə baxmayaraq, o, müayinə və müalicə imkanından məhrum edilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Ona qarşı irəli sürülən ittihamlar məhkəmədə öz təsdiqini tapmadı. O, dövlətin heç bir vəsaitini mənimsəməyib. Buna baxmayaraq mətbuatda sifarişli olaraq onun haqqında ittiham edici məqalələr dərc edilməkdədir”, deyə o iddia edir.

Uzun müddətdir onun vəkilləri ilə görüşünə maneələr yaradılır, deyə Hacıyeva bildirir.

“Mənim ölkədən çıxışıma məhdudiyyət qoyulub. Halbuki mənim banklara heç bir kreditim olmayıb və eləcədə heç bir şirkətin üzvü,təsisçisi olmamışam.Bununla əlaqədar olaraq Prokurorluq və Daxili İşlər orqanlarına etdiyim müraciətlərə cavab belə verilmir.

Hətta mənimlə əlaqədar hər hansı notariat əməliyyatlarının aparılması,icra edilməsi mümkün deyil. İki ildir ki, anam vəfat edib, lakin vərəsəlik sənədlərini notariatda rəsmiləşdirə bilmirəm.Bununla əlaqədar Ədliyyə Nazirliyinə etdiyim müraciətlər də nəticəsiz qalmışdır”, deyə Hacıyeva yazır.

Bununla əlaqədar o, prezidentdən Hacıyevlər ailəsinə qarşı “məmur ədalətsizliyinin” aradan qaldırılmasında köməklik göstərməyi xahiş edir. (Turan.az)

Bənzər yazılar

Back to top button