Dünya

Merkel 4-cü dəfə Almaniyanın baş naziri oldu

Almaniyada Xristian Demokratlar Partiyasının lideri Angela Merkel yenidən baş nazir seçilib.

AzToday.az xəbər verir ki, Federal Məclisdə keçirilən səsvermənin qalibi Merkel olub. O, 2005, 2009 və 2013-cü illər də daxil olmaqla 4-cü dəfə bu vəzifəyə seçilib. Angela Merkel məclisdəki 692 səsdən 364-nü qazana bilib. 315 millətvəkili Merkelin baş nazir vəzifəsinə təyin edilməsinə “Yox” cavabı verib, 9 nəfər bitərəf qalıb, 4 səs isə etibarsız elan edilib.

Səsverməni Angela Merkelin həyat yoldaşı Yoaxim Sauer və anası Herlind Kasner də tribunadan izləyib.

Qeyd edək ki, sentyabrda hökümət böhranı başlayan Almaniyada son həftələrdə yekun razılıq əldə edilib və Sosial Demokratlar Partiyası və Xristian Demokratların iştirakı ilə koalisiya höküməti qurulub.

Bənzər yazılar

Back to top button