DünyaHadisə

Rusiyalı müxalif biznesmen Londonda ölü tapıldı

Rusiyalı müxalif biznesmen Nikolay Qluşkov Londonda yerləşən evinə yaxın yerdə ölü tapılıb.

AzToday.az xarici mediaya istinadən xəbər verir ki, Qluşkov 1990-cı illərdə Rusiyaya aid havayolu şirkəti “Aeroflot” və yaxın dostu müxalif oliqarx Boris Berezovskiyə aid avtomobil şirkəti “LogoVAZ”a rəhbərlik edib.

London Polis Şöbəsi yazılı açıqlama ilə çıxış edib və ölüm səbəbini qeyri-müəyyən qeyd edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Nikolay Qluşkov 1999-cu ildə Rusiyada korrupsiya və rüşvətxorluq ittihamı ilə 5 il həbsə məhkum edilmiş, 2006-cı ildə İngiltərədən sığınacaq tələb etmişdi. Berezovskiyə yaxınlığı ilə tanınan Qluşkov Rusiya prezidenti Vladimir Putinə müxalif mövqe sərgiləyən şəxslərdən idi. 2017-ci ildə Rusiyada müxalif biznesmenə “Aeroflot”dan 123 milyon dollar oğurlama ittihamı ilə 8 il həbs cəzası verilib.

Qeyd edək ki, sabiq rus agenti Sergey Skripalın Londonda zəhərlənməsi son günlərdə İngiltərə-Rusiya arasında əlaqələrin gərginləşməsinə səbəb olub.

Bənzər yazılar

Back to top button