Cəmiyyət

“Zerkalo” yenidən fəaliyyətə başlayır

2014-cü il avqustunda fəaliyyətinin birdəfəlik dayandırıldığı elan edilən edilən “Zerkalo” qəzeti yenidən fəaliyyətə başlayıb.

Bu barədə qəzetin təsisçisi və baş redaktoru Elçin Şıxlı sosial şəbəkədə məlumat verib.

O, qəzetin fəaliyyətini internet üzərindən davam etdirəcəyini açıqlayıb: “”Zerkalo”nu da işə saldıq! Əyər-əskikləri hələ var, üzərində iş gedir, amma artıq baxa bilərsiniz – zerkalo.az””.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Məlumat üçün bildirək ki, sözügedən tarixdə fəaliyyəti dayandırılan “Ayna” qəzeti də bir müddət əvvəl online rejimdə yayımlanmağa başlayıb.

“Zerkalo” qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Rus dilində çıxan “Zerkalo” gündəlik çap olunurdu.

2014-cü ilin may ayının əvvəlində həftədə bir dəfə işıq üzü görməsi qərara alınmışdı.

Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmayıb, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button