KƏRƏM HƏSƏNOVUN ADI MTN POLKOVNİKİNİN ÖLÜM İŞİNDƏ! – Məhkəmədə şok faktlar açılır + VIDEO

Print Friendly, PDF & Email

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə həmin nazirliyin Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova şahid qismində dindirilib. APA-nın məlumatına görə, Natavan Mirvətova ibtidai istintaq zamanı ifadəsində bildirib ki, MTN əməkdaşı, mərhum Malik Mustafayevi MTN-in Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində işlədiyi vaxtdan tanıyıb:“Malik Mustafayev hələ nazirliyin 5-ci baş idarəsində xidmət edən zaman Kadrlar İdarəsindən mənimlə əlaqə saxlayaraq onu rəisi olduğum idarəyə işə götürə bilib-bilməyəcəyim barədə soruşurdular. Mən də buna razılıq verdim. Malik Mustafayevin özü ilə də bu barədə söhbət etdim. Lakin sonradan eşitdim ki, Malik Mustafayev digər idarəyə təyinat alıb”.

natavan-murvetovaNatavan Mirvətova qeyd edib ki, 3 noyabr 2014-cü il tarixdə Malik Mustafayevin intihar etməsi barədə idarədə işçilərdən eşidib: “Həmin zaman eşitdim ki, Malik Mustafayev Nazirliyin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləyib və son dövrlərdə həmin vəzifədən sərəncama göndərilib. Həmin vaxt mənə məlum oldu ki, Malik Mustafayevin qardaşının Milli Təhlükəsizlik Nazirliyi ilə hansısa problemi olub. Bildiyimə görə qardaşının Kərəm Həsənovla hansısa problemi olub, buna görə onu Milli Təhlükəsizlik Nazirliyinə dəvət edərək söhbət aparıblar. Malik Mustafayevin qardaşı mətbuatda Kərəm Həsənovun əleyhinə hansısa məlumatlar yazıb. Bu isə Malik Mustafayevə pis təsir edib. Malik Mustafayevin qardaşı Mətləb Mustafayevi tanımamışam. Onun barəsində istintaq baş idarəsində cinayət işi olması barədə məlumatım olmayıb”.

Mövlan Şıxəliyev

Mövlan Şıxəliyev

Natavan Mirvətova bildirib ki, rəisi olduğu idarənin 5-ci şöbəsində Mətləb Mustafayevin cinayət işi üzrə silah tədqiq olunsa da, həmin zaman Mətləb Mustafayevin Malik Mustafayevin qardaşı olması barədə məlumatı olmayıb: “Bu barədə mənə nə istintaq baş idarəsindən, nə də 5-ci şöbədən məlumat verilib. İstintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev mənə tədqiq olunması üçün məktubla silah-sursat, əl-barmaq izləri göndərib. Mən də həmin predmetləri tədqiq olunması üçün 5-ci şöbəyə həvalə edərək araşdırmanın yekununa dair arayışı və həmin predmetləri geri qaytarmışam. Deyilən predmetlərin qaytarılma tarixi kimi məktubda 11 sentyabr 2014-cu il kimi qeyd olunubsa, çox güman ki, həmin tarixdə də yekun arayış tərtib olunaraq göndərilib. Rəisi olduğum idarədə gecikmə halları və ya geri tarixlə sənəd tərtibatı halları olmayıb”.

Məlumat üçün bildirək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə ittiham aktında MTN-in əməkdaşı Malik Mustafayevin intiharı epizodu üzrə maraqlı faktlar əksini tapıb. APA-nın məlumatına görə, ittihama görə, Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb. O, Malik Mustafayevi həmin gün saat 15.35-dən 19.05-dək qəbul edib.

Elcin-QuliyevElçin Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsində azad edilməsini əsassız hesab edib, bu barədə müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ünvanlandığı davamlı şikayət ərizələrinin ayrı-ayrı yüksək vəzifəli şəxslərin təhriki ilə yazmasını iddia edib.

Malik Mustafayev qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu desə də, Elçin Quliyev Mətləb Mustafayevin dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkret cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat verməsini tələb edib.

Elçin Quliyev eyni zamanda rəhbərlik etdiyi qurumda rəsmi surətdə qeydə alınmış şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda İlqar Əliyev vasitəsi ilə Mətləb Mustafayevin özünü də anterorr mərkəzinə çağırtdırıb.

Elçin Quliyev Mətləb Mustafayevin izahat yazmasını israr edib, əks təqdirdə onlara psixi təsir göstərərək fəaliyyətlərinə ciddi problemlər yaradacağını deyib. O, Malik Mustafayevin də xidmətdən xaric etdirəcəyini deyib.

199041_467459 (1)Elçin Quliyev Malik və Mətləb Mustafayevlərin barələrində cinayət işi başladacağını, həmçinin qohumlarını da həbs etdirəcəyi ilə hədələyib. O, hər iki qardaşı cinayətkar adlandırıb, ləyaqətlərini alçaldıb. 13 sentyabr 2014-cü ildə Malik Mustafayev xidməti vəzifəsindən azad edilib.

Bundan sonra Elçin Quliyev İlqar Əliyevlə birlikdə Malik Mustafayevi yenidən xidməti otağına çağırıb. Ona mənzilində tapança aşkar olunan qardaşı Mətləb Mustafayevə köməklik edə biləcəyini xatırladıblar.

Bunun müqabilində Mətləb Mustafayev videoçəkilişlər aparmaqla yüksək vəzifəli şəxslər barədə yanlış ifadələr verməli, istintaqın sonrakı mərhələsi, məhkəmə baxışı zamanı bu qərəzli məlumatları təsdiq etməyə razı olmalı idi. Bundan imtina edəcəyi təqdirdə Malik Mustafayevi və qohumlarını həbs edəcəklərini bildiriblər.

Həmin vaxt Elçin Quliyev Malik Mustafayevin qardaşı Mətləblə İlqar Əliyevin xidməti otağında görüşməsini təşkil edib. Malik Mustafayev həmin görüşə qolu qandallı gətirilən Mətləb Mustafayevə özünün də işdən çıxarıldığını bildirib, ondan tələb olunan şərtlərlə razılaşmağı xahiş edib. Mətləb heç kimə böhtan atmayacağını deyib.

ilqar-aliyevElçin Quliyev və İlqar Əliyevin təhqirlərinə məruz qalmasından bezən Malik Mustafayev həmin ilin noyabrın 3-də yaşadığı Xətai rayonu, H. Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajın dəmir dirəyindən özünü asıb. Elçin Quliyev və İlqar Əliyev bu əməlləri ilə Malik Mustafayevi özünü öldürmə həddinə çatdırıb.

Onu da qeyd edək ki,  Mətləb Mustafayev “AzPolitika.info” saytında Əmlak Məsələləri Dövlət Komitəsi və onun sədri Kərəm Mustafayev barəsində 2014-cü ilin iyun-avqust aylarında dərc etdirdiyi silsilə ifşaedici məqalələrə görə MTN tərəfindən həbs olunmuşdu. Eldar Mahmudovun işdən çıxarılmasından 2 gün sonra azadlığa çıxan M.Mustafayev, həbsinin Kərəm Həsənov tərəfindən MTN-ə sifariş olunduğunu açıqlamışdı.

Azərbaycanda aparılmış mahiyyətcə talançı özəlləşdirmə prosesi barədə dərindən məlumatlı olan M.Mustafayev, “AzPolitika”ya təqdim etdiyi materiallarda bu prosesi tam şəkildə ifşa edirdi. Özəlləşmədəki korrupsiya sxemini açan Mustafayev, həmçinin K.Həsənovu da şəxsən ifşa edirdi. O, Komitə sədrinin şəxsi əmlaklarının natamam siyahısını da “AzPolitika”ya təqdim etmiş, eyni zamanda onun siyasi ambisiyalarından –Baş nazir olmaq arzusu və bu istiqamətdə çalışmalarından bəhs etmişdi.

Elə həmin ərəfələrdə M.Mustafayevin qanunsuz işdən çıxarılmasına görə K.Həsənovla məhkəmə çəkişməsi də davam edirdi. Məhkəmə çəkişməsinin getdiyi bir vaxtda M.Mustafayevin “AzPolitika”da dərc etdirdiyi məqalələr ƏMDK sədrini möhkəm narahat etmişdi. O, bu məqalələrin arxasında sifariş olduğunu düşünərək, işə MTN-i cəlb etməklə, M.Mustafayevin həbsinə nail olmuşdu. İddiaya görə, bu sifarişin arxasında milyonlarla ölçülən pul da olub. MTN Mətləb Mustafayevi həbs etməklə yanaşı, ondan etirafedici ifadə də almalı, K.Həsənovla kəskin münasibətlərdə olan konkret şəxsləri bu işin sifarişçisi kimi qələmə verməklə, Prezidentin hədəfinə çıxarmalı idi. Lakin iki səbəbdən bu əməliyyat məntiqi sonluğuna çatmamışdı.

Birincisi, yazılar sifarişlə yazılmamışdı.

İkincisi, Mətləb Mustafayev iradə göstərərək, sınmamış, dəhşətli fiziki və psixoloji işgəncələrdən keçməsinə baxmayaraq, Eldar Mahmudov-Kərəm Həsənov cütlüyünə lazım olan ifadələri verməmişdi.

Azadlığa çıxdıqdan sonra üzləşdiyi dəhşətlərdən danışan M.Mustafayev deyirdi ki, hətta onu filmlərdə gördüyümüz “yalan dedektoru”na belə qoşublar. Başına xüsusi aparata qoyub, barmaqlarından elektrik cərəyanı verməklə, eyni sualları dəfələrlə təkrar ediblər. Lakin aylarla davam edən işgəncə və sorgu-sualdan sonra MTN cəlladları onu sındıra bilməyəcəklərini anlayaraq əl çəkiblər. M.Mustafayevə 2.6 il iş kəsilib. ƏMDK-nin keçmiş işçisi E.Mahmudovun işdən azad olunmasından sonra həbsdən canını qurtarıb və hazırda qanuni vasitələrlə mübarizəsini davam etdirir.

Onun müraciətinə baxan Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi şəxs haqqında həbs qərarını ləğv edib.  Kassasiya şikayətinə Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub.

Mətləb Mustafayev valideynləri ilə…

Mətləb Mustafayev valideynləri ilə…

Bununla bağlı Mətləb Mustafayev mətbuata açıqlamasında bildirib ki, uzun zamandır bəraət alması üçün mübarizə aparır: “Ali Məhkəmə barəmdə olan saxta hökmlə bağlı şikayətə baxdı və cinayət işinə bəraətverici əsaslarla xitam verdi. Mən gözləyirəm ki, bu hökmün ardından mənə qarşı saxta cinayət işi quran MTN İstintaq Baş İdarəsinin sabiq rəis müavini Təhsin Ağayev və mühüm işlər üzrə müstəntiq Elşən Murtuzov cinayət məsuliyyətinə cəlb olunsun. Mən DTX rəisi, hörmətli Mədət Quliyevə müraciət edirəm: Artıq bəraət almışam. Elşən Murtuzov oradan rədd edilməlidir! Elşən kimi cinayətkarların yeri DTX yox, Kürdəxanı təcridxanasıdır”.

ademMətləb Mustafayevin vəkili Adəm Məmmədov da mətbuata açıqlamasında bildirib ki,  MTN əməkdaşları 2014-cü il sentyabrın 11-də M.Mustafayevin Saray qəsəbəsindəki bağ evinə gələrək əllərinə qandal taxıblar, tapançanı onun barmaqlarına toxundurublar. Daha sonra onun yaşadığı Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 19 B, mənzil 46 ünvanında10 nəfərə yaxın MTN əməkdaşı axtarış aparıb. Mənzildən bir ədəd tapança, tapança darağı və patronlar aşkar edilərək götürülüb: “Bu silahların Mətləb Mustafayevə heç bir aidiyyatı olmayıb. Silahları onun evinə atıblar, tapançada olan barmaq izləri isə toxundurma nəticəsində qalıb. Nə istintaq, nə də məhkəmə zamanı Mətləb Mustafayev ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib”.

Həbs olunan gün MTN-ə gətirilən M.Mustafayevdən guya İran İslam Respublikasının vətəndaşları Rza və Hüseynlə əlaqəyə girib, onlardan silah alması, gəzdirməsi və saxlaması barədə ifadə verməsi tələb olunub. M.Mustafayev deyilənləri inkar edib. İstintaq dövründə təzyiqlərə, təhdidlərə məruz qalıb. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev, onun müavini İlqar Əliyev (təcridxanada intihar edib) dəfələrlə ondan vəzifədə olan müəyyən şəxslər barədə yalan, böhtan, iftira xarakterili ifadələr almağa cəhd ediblər, hədə-qorxu gəliblər. Əgər bu cür ifadələr verməzsə özünə və qardaşına problemlər yaradacağı ilə hədələyiblər.

M.Mustafayevin 31 il MTN-də xidmət etmiş qardaşı Malik Mustafayev sabiq MTN naziri Eldar Mahmudovun ona qarşı aparılan bu kampaniyaya son qoymağı xahiş edib. Cavab isə“sənin qardaşın Mövlan Şıxəliyevin, Elçin Quliyevin tələb etdiyi ifadələri verməsə, sənin özünü də, qohum-əqrəbanı da həbs etdirəcəyəm” olub.

eldar-elcin

Növbəti dəfə MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin qəbuluna gedən 55 yaşlı polkovnik iki gün sonra (2014-cü ilin noyabrında) yaşadığı evin həyətində özünü asır…

Vəkilin sözlərinə görə, Elçin Quliyev ondan general Əli Nağıyev və qardaşı Vəli Nağıyev haqqında böhtan xarakterli ifadələr verməsini tələb edib. Məcbur etmək istəyiblər ki, bu iftiralara imza atsın. Amma M.Mustafayev onların dediklərinə əməl etməyib.

Mətləb Mustafayev də  Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sabiq işçisi olduğunu, MTN əməkdaşları tərəfindən təzyiqlərə və qanunsuz həbsə məruz qaldığını deyir və qardaşının bu məsələyə görə intihar etdiyini vurğulayıb. Onun həbsdən çıxdıqdan sonra yaydığ müraciəti də yazıya əlavə edirik:

MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilirlər.

Onu da əlavə edək ki, Natavan Mirvətovanın təqsirləndirilən şəxs qismində barəsində cinayət işi ayrıca icraatda araşdırılır. O və onunla birlikdə mühakimə olunan Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumların digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

...