AnalitikaBizim seçimİqtisadiyyatManşetSiyasət

“Xaos nəzəriyyəsi”nin detalları – Kəmaləddin Heydərovun “fövqəl planında” Əliyevlərin gedişi ssenarisi (IV yazı)

Kəmaləddin Heydərovun “fövqəl plan”ları barədə əvvəlki yazılarımızda məlumat vermişdik. Məsələ ilə bağlı IV yazımıza keçməzdən əvvəl xatırlatmaq istərdik ki, ötən yazılarımızda nazirin İran, Şimali Koreya, Liviya və Pakistan kimi dövlətlərə qanunsuz olaraq nüvə yanacağının təchizatı ilə məşğul olduğu iddia edilən və həmçinin sözügedən şirkətin Əl-Qaidə terror təşkilatı ilə də əlaqələrinin üzə çıxdığı “Dubai Ports World (DP World)” şirkətinə 73 milyon dollar məbləğində investisiya yatırması, eləcədə Kəmaləddin Heydərovun ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Morninqstarla iki saatdan çox çəkən görüşündə Əliyevlər hakimiyyətinə qarşı mənfi münasibəti və böyük siyasi iddialarından bəhs edilirdi.

Həmin yazıları bu linklərdən oxuya bilərsiniz

https://aztoday.az/news/556.html
https://aztoday.az/news/1308.html
https://aztoday.az/news/1380.html

Kəmaləddin Heydərovun “xaos nəzəriyyəsi”nin gizlinləri

Demək olar ki, hakim komanda da Kəmaləddin Heydərov özünün rəqiblərini sıradan çıxarda bilib. Əslində bununla Heydərov uzun illərin mübarizəsində özünün “fövqəlgücünü” bir daha nümayiş etdirmiş olub. Rəqibləri üzərində qələbə qazanan Kəmaləddin Heydərov hazırda əlindəki imkanlardan yetərlənmək, “fövqəl planın” sonuncu mərhələsini yekunlaşdırmaq barədə düşünür. Bu mərhələdə isə əsas hədəf sözsüz ki, Azərbaycanda birincilik iddiasıdır. Bunun səbəbi isə nazirin uzun illərdən bəri hakimiyyətdə Paşayevlər qanadına nifrətlə yanaşması kimi dəyərləndirilir. Kəmaləddin Heydərovun birincilik iddialarına gəlincə, o da başa düşüləndir ki, artıq böyük kapitala malik olan “fövqəlnazir” heç də hakim komanda da təmsil olunan digərlərindən zəif olmadığını göstərir.

Ekspertlərin mülahizələrinə görə, son bir neçə ildə Kəmaləddin Heydərovun nəzarətində olan şirkətlərin tam gücü ilə işləməməsi, eləcədə Azərbaycandan bir çox şirkətlərin Ərəb Əmirliklərinə köçürülməsi belə deməyə əsas verir ki, nazir gəlir sahələrini əldən vermək barədə düşünmür, əksinə bu yöndə mübarizəsini sona qədər aparacağını nümayiş etdirir. O bununla yanaşı ölkədə iqtisadi tənəzzülün daha da dərinləşməsinə zəmin yaradır. Məhz Kəmaləddin Heydərovun nəzarətində olan şirkət və holdinqlərdə vəziyyətin süni şəkildə gərginləşdirilməsi ölkədə narazılıqların daha da pik həddə gətirib çıxarılmasına hesablanıb. Nəzərə alsaq ki, Dövlət Gömrük Komitəsi və bir çox iqtisadi vasitələr Kəmaləddin Heydərovun əlində cəmləşdiyindən o hazırda ölkədə iqtisadi gərginlik, süni bahaçılıq və infliyasiya yaratmaqda olan təsir imkanlarından istifadə edir. Bəli məhz bu cür qorxulu ssenari cədvəlini Kəmaləddin Heydərov üçün işləyib hazırlayanlar var. Belə şəxslərdən biri də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş (MKİ) əməkdaşı və 20 ildən çox Yaxın Şərqdə xüsusi əməliyyatlara rəhbərlik etmiş Qrexam Fullerdi. Bu həmin Fullerdi ki, ötən ilin 15 iyul tarixində Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdində bilavasitə xidmətləri olub.

Qeyd edək ki, Qrexam Fullerin rəhbərliyi altında uzun illər Fətullah Gülən tərəfdarları Türkiyədə “paralel dövlət” düzənləmişdilər. Məhz bu şəxsin köməkliyi ilə Fətullah Gülənin ABŞ-a mühacirət etdiyi deyilir. Hazırda isə Qrexam Fuller MDB və Mərkəzi Asiya ölkələrində sabitliyi pozmaq strategiyasını inkişaf etdirməkdədir. Bu şəxsin Kəmaləddin Heydərovla münasibətlərinə gəlincə əldə etdiyimiz məlumatlarda qeyd edilir ki, bir müddət əvvəl Qrexam Fullerin əməkdaşı olduğu RAND korparasiyası ilə nazirin oğlu Taleh Heydərovun yaratdığı Böyük Britaniyadakı Beyin Mərkəzlərindən biri ciddi şəkildə əməkdaşlıq edir.

Xarırladaq ki, RAND korparasiyası ABŞ MKİ-nin maliyyələşdirdiyi müstəqil starteji araşdırma mərkəzidir. Hətta Kəmaləddin Heydərovun kurasiyasına daxil edilən deputatların bir çoxunun RAND korparasiyasının Avropa ölkələrində və həmçinin ABŞ-da təşkil etdiyi tədbirlərdə iştirak etmələri müəyyən şübhələrə yol açır.

İlin sonu Azərbaycanda nələr baş verə bilər?

Bu ilin sonundan başlayaraq növbəti 2018- ci ilin ilk ayları Azərbaycanda təlatümlər baş qaldıra bilər. Artıq bir neçə ildir ki, büdcənin 60 faizini neft sektoru hesabına formalaşdıran hökumət kəskin problemlərlə üzləşib. Neft gəlirlərinin azalması ilə əlaqəli çətinliklər də öz növbəsində baş qaldırmaqdadır. Lakin uzun illər korrupsiya yolu ilə əldə edilən milyardlarla vəsaitin Azərbaycandan kənara çıxaran bir çox oliqarx-məmurlar əldə etdikləri həmin “mənfəəti” ölkə iqtisadiyyatına yatırmaq istəmirlər. Belə məmurlar sırasında Kəmaləddin Heydərovun ön sırada yer almasını desək yanılmarıq. Əgər ölkədə yaranan hazırkı bu vəziyyətin Kəmaləddin Heydərovun xeyrinə işləməsi və onu getdikcə hakimiyyətin birinci kürsüsünün yüksəlişinə daha da yaxın edir.

Bir müddət əvvəl WikiLeaks saytının məlumatlarında Fövqəladə Hallar Nazirliyinin əlində hərbi qüvvələrin olduğuna görə, Kəmaləddin Heydərov güc yolu ilə hakimiyyəti ələ keçirmək bacarığına malik olması barədə yazılanlar hazırda reallığı əks etdirə bilər. Son illər Kəmaləddin Heydərovun fəaliyyətinə nəzər saldıqda isə görünür ki, artıq “fövqəlnazır”ə radikal müxalifətin də rəğbəti artıb. İllərlə Heydərovları topa tutan müxalifət və mediası nədənsə ona qarşı loyal xətt tutublar. Bəlkədə Kəmaləddin Heydərov tərəfindən müxalifətin, eləcə də müxalif yönlü mətbuatın məliyyələşdirilməsi məsələsi barədə deyilənlər həqiqəti əks etdirir. Əks halda Kəmaləddin Heydərov onların qəzet səhifələrinin, və yaxud da internet resurslarının, eləcəd TV-lərinin əsas personajlarından birinə çevrilərdi. Necə ki, bunu illər əvvəl müşahidə edirdik. İndi isə buna müşahidə etmək qeyri mümkündür. Axı nə baş verir? Əks effekt. Kəmaləddin Heydərov kölgəyə çəkilir. Hədəfə prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva götürülür. “Xaos” nəzəriyyəsinin anlamı ilə desək, oxşarlığına görə, elm dünyasında “Kəpənək effekti” kimi məşhurlaşan “bir qağayının qanad çırpışları, iqlimin hamısının sonsuza qədər və kökdən dəyişdirə” biləcək terminologiyası bu cür izah edilir. Maraqldır ki, görəsən Kəmaləddin Heydərov Əliyevlər hakimiyyətini sonsuza gedər laxladıb və kökdən dəyişdirə biləcəkmi? Bunu zaman göstərəcək.

Elmidar Əliyev

AzToday.az

Bənzər yazılar

Back to top button