Bizim seçimCəmiyyət

Prezident Şamaxıda yaşayış evlərinin bərpasına 2 mln. manat ayırıb

Dövlət başçısının sərəncamı ilə bu ilin fevralında baş vermiş zəlzələdən ziyan dəymiş Şamaxı rayonunda bərpa işlərinin davam etdirilməsinə 2 mln. manat ayrılıb.

Sərəncama əsasən, vəsait dövlət başçısının Ehtiyat Fondundan Şamaxı rayon icra hakimiyyətinə yaşayış evlərinin bərpası üçün ayrılır.

Xatırladaq ki, 2019-cu ilin fevralında 5-6 bal gücündə zəlzələ zamanı Şamaxı rayonunda 3 nəfər xəsarət alıb, onlarla yaşayış evinə və təsərrüfat tikililərinə ziyan dəyib.

Bənzər yazılar

Back to top button