Cəmiyyət

İlahiyyat İnstitutuna rektor əvəzi təyin edildi

Azərbaycan İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti icra edən şəxs təyin edilib.

İnstitutdan Qaynarinfo-ya verilən məlumata görə, adətən belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir. Hazırda bu vəzifə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinova həvalə edilib.

Qeyd edək ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyev sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.

Bənzər yazılar

Back to top button