İdman

Messi 700 qolun bir addımlığında

“Barselona”nın hücumçusu Lionel Messi “Leqanes”lə oyunda (2:0) da fərqlənməyə imkan tapıb. Leo ikinci hissədə penaltini qola çevirib.

Fanat.Az xəbər verir ki, bu, Messinin karyerası ərzində vurduğu 699-cu (629 qol “Barselona”da, 70 qol Argentina millisində) qoldu.

Argentinalı futbolçu La Liqada 56-cı dəfə penaltidən fərqlənib. Beləliklə, o, Uqo Sançesi qabaqlayaraq sözügedən göstərici üzrə ikinci sıraya yüksəlib. Leo yalnız Kriştianu Ronaldudan (61 penalti qolu) geri qalır.

Bənzər yazılar

Back to top button