Cəmiyyət

Hüquq müdafiəçisinin atasının, Qarabağ müharibəsi veteranının dəstəyə ehtiyacı var

Hüquq müdafiəçisi Fuad Həsənovun atası, Birinci Qarabağ müharibəsinin veteranı, cərrah Sərxan Həsənov komaya düşüb və reanimasiyada ağır vəziyyətdədir.

Noyabrın 3-də onun vəziyyəti kəskin pisləşib və o yıxılıb. İki gün ərzində ona “təcili yardım” gəlib, lakin həkimlər “insult əlamətləri olmaması” bəhanəsi ilə onu xəstəxanaya yerləşdirməkdən imtina ediblər və ağrıkəsici iynələrlə kifayətləniblər.

Üçüncü dəfə “təcili yardım” çağırıldıqdan sonra o, 6 saylı xəstəxanaya aparılıb. Bir müddət sonra o “sepsis” diaqnozu ilə komaya düşüb. Bu infeksiya-iltihabdan yaranan, həyati təhlükəli vəziyyətidir, lakin şəhər xəstəxanasında tibbi müdaxilə məhdud olub və xəstə özəl Baku Medical Plaza xəstəxanasına köçürülüb.

Orada dializdən sonra böyrəklərin funksiyası bərpa edilib. Lakin onun uzunmüddətli müalicəyə və cərrahi müdaxiləyə ehtiyacı var.

Noyabrın 9-dan bu günə qədər hüquq müdafiəçisinin ailəsi özəl klinikada müalicəyə 19 min manat ödəyib. Lakin ailə bütün müalicə xərclərini ödəmək iqtidarında deyil.

Veterana, dahi alim, akademik Topçubaşovun tələbəsi, akademik Cavadzadənin assistenti olmuş cərraha dəstək olmaq istəyənlər aşağıdakı hesaba vəsait köçürə bilərlər: Beynəlxalq Bankda AZN kart hesab nömrəsi: 4127 2093 0099 9973 Beynəlxalq Bankda USD kart hesab nömrəsi: 4127 2093 0013 4886 Beynəlxalq Bankda Avro kart hesab nömrəsi: 5522 0993 5688 4775.

Bənzər yazılar

Back to top button