İdman

Messinin zədəsi sağaldı

“İnter Mayami”nin hücumçusu Lionel Messinin bud nahiyəsindən aldığı zədə sağalıb.

Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, argentinalı futbolçu komanda ilə ümumi məşqlərə qayıdıb.

Messi zədə səbəbindən “İnter Mayami “nin MLS-də keçirdiyi son üç matçda iştirak edə bilməyib, həmçinin Argentinanın El Salvador (3:0) və Kosta Rika (3:1) ilə yoldaşlıq oyunlarını buraxıb.

Qeyd edək ki, 36 yaşlı futbolçu bu mövsüm ABŞ təmsilçisinin heyətində 5 oyuna çıxıb , 5 qol vurub və 2 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button