DünyaManşet

Putinin sonunu gətirəcək şüar (ŞƏRH)

Hər bir inqilabın özünə məxsus şüarı olub. Şüar sözün ecazkar sehri ilə miyonlarla insanı hərəkətə gətirmək qüdrətinə malikdir. Şüar əslində inqilabın libasıdır. Şüar nəyi ifadə edirsə, inqilabın niyyəti də odur.
1917-ci ilin fevral inqilabın şüarı “Rədd olsun mütləqiyyət”, oktyabr inqilabının şüarı “Bütün hakimiyyət sovetlərə” idi. Şüarların dəyişməsi inqilabçı kütlənin əhval-ruhiyyəsinin necə dəyişdiyini də göstərir.
Bu gün Rusiyada başlamış inqilabi prosesin şüarı “Putin vor”, yəni “Putin oğrudur” şüarıdır. Yanvarın 23 və 31-də keçirilən etiraz aksiyaları ilə bağlı videolarda çox ibratimiz səhnələr var. Polis razılaşdırılmamış etiraz aksiyasının iştirakçılarından dağılışmaqlarını tələb edir, cavab olaraq insanlar “Putin oğrudur” şüarını hayqırır. Youtebe-da yayılan bir videoda etirazçılar hətta istintaq təcridxanasında da “Putin oğrudur” şüarını səsləndirirlər.
Məktəblərdə şagirdlər yazı lövhəsinə, vətəndaşlar mənzillərin eyvanına, körpülərin, keçidlərin, təpələrin üzərinə “Putin oğrudur” şüarın yazırlar. “Putin oğrudur” şüarı həyatilik qazandığı üçün qeyri-etiklikdən çıxaraq ictimai-siyasi xadimlərin leksikona daxil olub.
Rusiya cəmiyyətində həyatilik qazanan “Putin oğrudur” şüarının inqilabi prosesin əhval-ruhiyyəsini də müəyyən etməyə başlayıb. Yanvar ayındaan start verilmiş prosesin sonunda nələrin baş verəcəyini də məhz bu əhval-ruhiyyə diqtə edəcək.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button