İdman

“Bayern Münhen” rəhbərliyi yunanla bağlı son qərarını verdi

“Bayern Münhen” “Arsenal”ın sabiq müdafiəçisi Sokratis Papastatopulosla bağlı yekun qərarını verib.

Fanat.az-ın “Bild”ə istinadən məlumatına görə, Münhen klubunun rəhbərliyi yunan oyunçunun transferindən vaz keçib.

Xəbərə görə, Almaniya nəhənginin idarəçilərinin daha yaxşı variant üzərində dayanmaq üçün qış fasiləsini gözləməyə qərar verdiklərini açıqlayıb.

Qeyd edək ki, son klubu “Olimpiakos” olan Sokratis iyulun 1-dən işsizdir.

Bənzər yazılar

Back to top button